“Gürcü xalqının seçimi Avro-Atlantik strukturlara tam inteqrasiyadır” - Zalkaliani

24 Yanvar 2022 19:59 (UTC+04:00)

Qərbdəki tərəfdaşlar Buxarest sammitinin Gürcüstanla bağlı qərarını bir daha nəzərdən keçirməyi planlaşdırmır.

Aznews.az xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri David Zalkaliani yerli telekanala açıqlamasında deyib.

O bildirib ki, Brüsseldə və Baltikyanı ölkələrdə keçirdiyi görüşlərdə, eləcə də apardığı telefon danışıqlarında Qərbdəki tərəfdaşları öz mövqelərinə sadiq olduqlarını bir daha təsdiqləyiblər.

“Bizim seçimimiz Avro-Atlantik strukturlara tam inteqrasiyadır. Bu gürcü xalqının sivil seçimidir və konstitusiyamızda da əks olunub”, - D. Zalkaliani qeyd edib.

Nazir vurğulayıb ki, Gürcüstan hökuməti öz mövqeyinin müdafiəsi üçün əlindən gələni edəcək.