Türkiyə və Gürcüstan XİN başçılarının müavinləri NATO-nu müzakirə edib

24 Yanvar 2022 20:34 (UTC+04:00)

Ankara şəhərində Türkiyə və Gürcüstan Xarici İşlər nazirliklərinin nümayəndə heyətləri arasında siyasi məsləhətləşmələr keçirilib.

Aznews.az xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.

Türkiyənin nümayəndə heyətinə xarici işlər nazirinin müavini Sədat Önal, Gürcüstan nümayəndə heyətinə isə xarici işlər nazirinin müavini Laşa Darsaliya rəhbərlik ediblər.

Siyasi məsləhətləşmələrdə Türkiyə-Gürcüstan münasibətləri, regional məsələlər, o cümlədən NATO ilə bağlı proseslər müzakirə edilib.