Zakir Həsənovun İrana səfəri başlayıb

25 Yanvar 2022 11:23 (UTC+04:00)

Yanvarın 25-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyətinin İrana səfəri başlayıb.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Səfər İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqerinin dəvəti ilə həyata keçirilir.

Z.Həsənovun İranın bir sıra dövlət rəsmiləri ilə görüşü və tədbirlərdə iştirakı planlaşdırılır.