Rusiya Aleksey Navalnını terrorçu elan edib

25 Yanvar 2022 17:10 (UTC+04:00)

Rusiya Federal Maliyyə Xidməti müxalifət lideri Aleksey Navalnı və onun bəzi tərəfdarlarının bank hesablarını donduraraq, onları "terrorçu, ekstremist fəaliyyətlə məşğul olan təşkilatlar, fiziki şəxslər siyahısı"na əlavə edib.

AzNews.az xəbər verir ki, bu barədə “Rosfinmonitorinq” açıqlama yayıb.

Qeyd olunub ki, Navalnı ilə yanaşı Lyubov Sobol, Vyaçeslav Qimadi, Georgi Alburov, Liliya Çanışeva və Ruslan Şavəddinovun da bank hesabları dondurulub.

Şəbnəm Zahir