Azərbaycan təmsilçisinin Avroviziyada çıxış edəcəyi tarix açıqlanıb

25 Yanvar 2022 18:04 (UTC+04:00)

Azərbaycan Avroviziyada ikinci yarım finalda çıxış edəcək.

Bu barədə püşkatma nəticəsində məlum olub.

Bildirilib ki, Azərbaycan təmsilçisi mayın 12-də səhnəyə çıxacaq. Birinci yarımfinal isə mayın 10-da baş tutacaq.

Qeyd edək ki, builki müsabiqə İtaliyanın Turin şəhərində keçiriləcək. (report)