“Omikron”a yoluxanların ən çox şikayətləndiyi simptom

25 Yanvar 2022 23:59 (UTC+04:00)

Banqladeşli professor Nazmul İslam koronavirusun "Omikron" ştammına yoluxanların təxminən dörddə üçünün (73 %) burun axmasından şikayətləndiyini bildirib.

Aznews.az oxu.az-a istinadən xəbər verir ki, onun sözlərinə görə, baş ağrıları xəstələrin 68 %-də müşahidə olunub, xəstələrin 64 %-i isə yorğunluq hiss edib.

Bundan əlavə, bu ştamma yoluxanların ən azı 60 %-i asqırma və ya boğaz ağrısından, 44 %-i isə öskürəkdən şikayətlənib.

Professor qeyd edib ki, sözügedən əlamətlər mövsümi qripin simptomlarına bənzəyir.