“Rusiya-Ukrayna münaqişəsi qlobal inflyasiyanı sürətləndirəcək”

26 Yanvar 2022 16:14 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bunu Beynəlxalq Valyuta Fondunun (BVF) Baş direktorunun birinci müavini Gita Qopinat “Dünya İqtisadi Görünüş” hesabatının təqdimatında deyib.

O bildirib ki, iki ölkə arasında gərginliyin artması qlobal inflyasiyanı sürətləndirəcək. G.Qopinat bunun ümumi yüksək inflyasiyanın davam etməsinə gətirib çıxaracağını qeyd edib.

Şəbnəm Zahir