Rus Dram Teatrının aktyorları koronavirusa yoluxub

26 Yanvar 2022 16:47 (UTC+04:00)

Azərbaycan Dövlət Rus Dram Teatrında iki tamaşanın nümayişi koronavirusa görə təxirə salınıb.

Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, qərar aktyorlar COVID-19-a yoluxduğu üçün qəbul edilib: “Teatr fəaliyyətini davam etdirir. Digər tamaşalar nümayiş etdirilir”.

Qeyd edək ki, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı da koronavirusa görə fəaliyyətini müvəqqəti dayandırıb.