Ukraynada Milli Şuranın təmsilçiliyi yaradılmayıb

27 İyun 2013 20:32 (UTC+04:00)
Bu il iyunun 23-də Ukraynanın paytaxtı Kiyev şəhərində Azərbaycanın demokratik qüvvələrinin Milli Şurasının Ukrayna nümayəndəliyinin yaradılması ilə bağlı xəbər təsdiqini tapmayıb.

Hazırda Ukraynada yaşayan Daxili Qoşunların keçmiş komandanı Fəhmin Hacıyev bildirib ki, mətbuatda Ukraynada Milli Şuranın yaradılması barədə məlumatlar yanılışdır: "Tam qətiyyətlə bildiririk ki, Ukraynada Milli Şura yaradılmamışdır və gündəlikdə yoxdur. Çünki, Milli Şuranın əsasnaməsində belə hallar nəzərdə tutulmamışdır. Azərbaycanda Azərbaycan Demokratik Qüvvələrini Milli Şurasının yaradılması Ukraynada yaşayan və diaspor təşkilatı ilə əlaqəsi olmayan azərbaycanlılar tərəfindən alqışlanmış və bəyənilmişdir. Bu məqsədlə 23 iyun 2013-cü il tarixində forum keçirilmiş və bəyannamə qəbul edilmişdir. Forumda təşkilati məsələyə baxılması gündəlikdə olmamışdır. Sadəcə forumun keçirilməsi üçün mən bir neçə nəfərlə təşəbbüs irəli sürmüşük və gənclərdən bir neçəsinə texniki məsələləri həll etməyi həvalə etmişik".

Müraciətin sonunda F.Hacıyev Ukraynada Milli Şuranın heç bir əlaqələndiricisinin olmadığını bildirir: "Biz qətiyyətlə bildiririk ki, Milli Şuraya dəstək forumun əlaqələndiricisi yoxdur və forum adından danışmaq səlahiyyəti heç kimə verilməmişdir. Forum adından qəbul olunmuş bəyannamə yetərli olduğunda, kiminsə əlavə şərhlər verməsinə ehtiyac görülməmişdir".

Xatırladaq ki,müraciətdə bildirilir ki, iyunun 23-də Ukrayna azərbaycanlılarının forumunda Ukrayna azərbaycanlıları tərəfindən Milli Şuranın yaradılması və gələcək fəaliyyətinin birmənalı dəstəkləməsi bəyan olunub. Bu barədə təşəbbüs qrupunun rəhbəri Yalçın Qəhramanoğlu "Yeni Müsavat"a məlumat verib. (musavat.com)

AzNews.az