Moskva metrosunda yanğın

27 İyun 2013 20:44 (UTC+04:00)
Moskvada metroda yanğın olub.

Olay iyunun 27-də axşam saatlarında "Polejaevskaya" və "Oktyabrskoye pole" baş verib.

Qatalardan birinin maşinisti alovu yanğınsöndürən tozla təkbaşına söndürüb.

Sərnişinlər metrodan çıxarılmayıb, hərəkət 5 dəqiqə dayanıb.

Bu iyunda Moskva metropolitenində ilk hadisə deyil.Cari ayın 19-da "Serpuxovsko-Timiryazevsk" xəttindəki yanğın nəticəsində hərəkət 20 dəqiqə dayanıb. Oxşar olay iyunun 11-də və 5 –də "Sokolniçesk" xəttində "Biblioteka imeni Lenina" və "Oxotnıy ryad" stansiyalarında baş vermiş kabelin yanması ilə baş vermişdi. (lent.az)

AzNews.az