Bloomberg: ABŞ Rusiyaya təhlükəsizliklə bağlı yazılı cavab verib

26 Yanvar 2022 21:50 (UTC+04:00)

ABŞ Rusiyaya təhlükəsizliklə bağlı yazılı cavab verib.

Aznews.az xəbər verir ki, bunu “Bloomberg” agentliyinin əməkdaşı Cennifer Ceykobs sosial media hesabında yazıb.

Ceykobs əlavə edib ki, “ABŞ tərəfi artıq yazılı cavabı Rusiyaya bildirib”.

Qeyd edək ki, bir saat əvvəl TASS agentliyi ABŞ-ın Moskvadakı səfiri Con Sallivanın Rusiya XİN-ə gəldiyi barədə xəbər yayıb.