ABŞ Rusiyanın təhlükəsizliklə bağlı təklifinə yazılı zəmanət verib

26 Yanvar 2022 22:09 (UTC+04:00)

ABŞ-ın Moskvadakı səfiri Con Sallivan Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşkoya Rusiyanın təhlükəsizliklə bağlı ikitrərəfli saziş layihəsinə cavab təqdim edib.

Aznews.az xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

Məlumatda göstərilir ki, “görüş zamanı diplomatik missiyanın rəhbəri Vaşinqtonun Rusiyanın təhlükəsizliklə bağlı təqdim etdiyi ikitrərəfli saziş layihəsinə cavabını təqdim edib”.

Görüş ABŞ tərəfinin xahişi ilə baş tutub.