Türkiyənin məşhur aktrisasının həyat yoldaşı öldürüldü

27 Yanvar 2022 09:25 (UTC+04:00)

Türkiyənin məşhur aktrisası Ece Erkenin əri vəkil Şafak Mahmutyazıcıoğlu öldürülüb

Hadisə İstanbulun Bakırköy rayonunda qeydə alınıb.

Belə ki, Şafak Mahmutyazıcıoğlu restoranların birində silahlı hücuma məruz qalıb. Xəstəxanaya çatdırılan Mahmutyazıcıoğlunun həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə, hadisə zamanı vəkilin sürücüsü də yaralanıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Ece Erken Şafak Mahmutyazıcıoğlu ilə ötən ilin yayında evlənmişdi.