Azərbaycanda havanın çirkli olduğu şəhərlər açıqlanıb

27 Yanvar 2022 10:26 (UTC+04:00)

Bunu Milli Hidrometeorologiya Xidmətinin əməkdaşı Gülnarə Abbasova bildirib.

O qeyd edib ki, yanvar ayının bəzi günlərində Səbail rayonunda havada PM dispers toz hissəcikləri, Gəncə və Sumqayıt şəhərlərində isə azot-4 oksid normadan bir qədər yüksək qeydə alınıb.

Xidmət əməkdaşının sözlərinə görə, yanvar ayı ərzində əsasən yağıntılı günlərin üstünlük təşkil etməsi atmosfer havasında həm qaz qarışıqlarının, həm də dispers toz hissəciklərinin miqdarının azalmasına və hava keyfiyyətinin yüksəlməsinə səbəb olub: "Belə ki, ötən ilin yanvar ayı ilə müqayisədə bu ilin yanvar ayı ərzində atmosfer havasının çirklənmə səviyyəsi daha aşağı qeydə alınıb. Yaxın günlərdə yağıntılı və küləkli hava şəraitinin proqnozlaşdırıldığını nəzərə alsaq, yanvar ayının sonunadək havanın keyfiyyətinin yaxşı olacağı gözlənilir”. (report)