Miqrantlara qarşı müharibə elan edildi
27 İyun 2013 21:39 (UTC+04:00)
Moskva polisi miqrantlara qarşi müharibə elan edib.
"Zaslon-1" adı altında xüsusi əməliyyat hazırlayan polisin məqsədi kriminal ünsürlərlə mübarizə aparmaqdır. Şəhər polisinin rəisi Anatoli Yakunun bildirib ki, 1 iyundan start götürəcək mübarizə tədbirləri çərçivəsində qanunsuz miqrantlar axtarılacaq, küçə soyğunçuları zərərsizləşdiriləcək. Həmçinin etnik qruplaşmalar və əxlaqsızlıq yuvalaırna qarşı da ciddi tədbirlər görüləcək.
Mübarizədə şəhər sakinlərinin iştirakını təmin etmək üçün "qaynar xətt" yaradılıb. Miqrantların toplaşdığı yer barədə də həmin telefonla daxil olan məlumatlar araşdırılacaq.
Elnarə
AzNews.az