"Ermənistan revanşizm və yeni müharibə xəyallarından əl çəkmir" - Səməd Seyidov

27 Yanvar 2022 21:55 (UTC+04:00)

"Ermənistan revanşizm və yeni müharibə xəyallarından əl çəkmir".

Aznews.az xəbər verir ki, bu sözləri Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qurumun qış sessiyasında "Ermənistanda demokratik təsisatların fəaliyyəti" barəsində aparılan debat zamanı deyib.

"Ermənistandakı hadisələrə real qiymət vermək Ermənistanın sabit inkişafının əsas şərtidir. Ermənistandakı cəmiyyətdə xaos, müharibədə məğlub olan siyasətçilərdə mövcud olan revanşizm hissi yox olmadıqca Ermənistana kömək edə bilməyəcəyik",- deyə o, qeyd edib.

Səməd Seyidov bildirib ki, Ermənistanda hazırda iqtisadi, siyasi krizis özünü göstərməkdədir: "Bu xaosa görə prezident də istefa verməli oldu. Bu cür getsə, Sarkisyanın başına gələn Paşinyan hökumətinin də başına gələcək".

Səməd Seyidov deyib ki, konflikt bitib və Azərbaycan yalnız sülh axtarır.