Pirallahıda avtomobil 12 yaşlı yeniyetməni vurub

28 Yanvar 2022 09:03 (UTC+04:00)

Hadisə Pirallahı rayonunda qeydə alınıb. Avtomobil yolu keçən 2010-cu il təvəllüdlü Sultanova Mənsuməxanım Ramil qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol ayağın yerdəyişən sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır. (report)