Salyanda iki nəfər dəm qazından zəhərlənib

28 Yanvar 2022 09:47 (UTC+04:00)

Salyanda zəhərlənmə hadisəsi baş verib.

Hadisə Xələc kəndində qeydə alınıb. Kənd sakinləri - 1972-ci il təvəllüdlü Əzizova Məhəbbət Hafiz qızı və 2014-cü il təvəllüdlü Əsədli Zəhra Pərviz qızı evdə dəm qazından zəhərləniblər.

Zərərçəkənlər Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.