YAP-ın şəhər və rayon təşkilatına yeni sədrlər təyin olunub - SİYAHI

28 Yanvar 2022 17:43 (UTC+04:00)

YAP sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun sədrliyi ilə keçirilən toplantının gündəliyinə bir məsələ daxil edilib.

İclasda YAP-ın 64 rayon və şəhər təşkilatına yeni sədrlər təyin olunub.

Onların bir neçəsinin adlarını təqdim edirik:

Gəncə şəhər təşkilatı - Ramil Orucov

Sumqayıt şəhər təşkilatı - Ramiz Hüseynov

Ucar rayon təşkilatı - Şəhla Abdullayeva

Ağdaş rayon təşkilatı - Əlişah Rəcəbov

Salyan rayon təşkilatı - Elmar Əhmədov

Göyçay rayon təşkilatı - Sahib Şükürov

Daşkəsən rayon təşkilatı - Meydanəli Yolçuyev

Qəbələ rayon təşkilatı - Abil Ağasəfov

Oğuz rayon təşkilatı - Saleh Məhərrəmov

Qeyd edək ki, YAP-ın Gəncə şəhər təşkilatının sədri deputat Naqif Həmzəyev, Ağdaş rayon təşkilatının sədri isə deputat Cavid Osmanov idi.