Kadri Simson CQD-nin Məşvərət Şurasının iclasına qatılacaq

28 Yanvar 2022 19:58 (UTC+04:00)

Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Kadri Simson fevralın 4-də Bakıda keçiriləcək Cənub Qaz Dəhlizinin (CQD) Məşvərət Şurasının iclasında iştirak edəcək.

“Apa-Economics”in Avropa Komissiyasına istinadən verdiyi məlumata görə, K. Simson CQD Məşvərət Şurasının 8-ci Nazirlər iclasında açılış nitqi ilə çıxış edəcək.

Xatırladaq ki, “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin ilk toplantısı 2015-ci il fevralın 12-də, ikinci toplantı 2016-cı il fevralın 29-da, üçüncü toplantı 2017-ci il fevralın 23-də, dördüncü toplantı 2018-ci il fevralın 15-də, beşinci toplantı 2019-cu il fevralın 20-də, altıncısı 2020-ci ilin fevralın 28-də, yeddincisi isə 2021-ci ilin fevralın 11-də keçirilib.

Aznews.az