"NATO Avropada silahlı münaqişə istəmir" - Stoltenberq

28 Yanvar 2022 21:09 (UTC+04:00)

"Şimali Atlantika Alyansı Avropada silahlı münaqişədə maraqlı deyil".

Aznews.az xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq “Exo Moskvı” radiostansiyasının efirində deyib.

"NATO Avropada yeni silahlı münaqişə istəmir, biz sülh istəyirik. Avropada yeni silahlı münaqişənin baş verməsi Rusiya xalqının maraqlarına uyğun deyil", - Stoltenberq bildirib.

Baş katib qeyd edib ki, alyans Rusiya ilə danışıqlar masasına oturmağa hazırdır.

Stoltenberqin sözlərinə görə, NATO Rusiyanın təhlükəsizlik təminatları ilə bağlı təkliflərinə cavabında tərəflərin ortaq maraqlar tapa biləcəyi bir sıra məsələlərə, o cümlədən silahlara nəzarətə diqqət çəkib.

"Rusiya və NATO ortaq siyasi həll yollarını tapmaq üçün diplomatik təmasları bərpa etməlidir", - alyans rəhbəri vurğulayıb.

O, əlavə edib ki, NATO müdafiə ittifaqıdır və Rusiya üçün heç bir təhlükə yaratmır.