"Türkiyə bayrağına qarşı hörmətsizlik edən şəxslə bağlı araşdırma aparılır" - DİN

29 Yanvar 2022 16:45 (UTC+04:00)

"Bakıda Türkiyə bayrağına qarşı hörmətsizlik edən şəxslə bağlı araşdırma aparılır".

Aznews.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdən nazirlik məlumatlıdır və araşdırmalara başlanılıb.

Xatırladaq ki, sosial şəbəkələrdə bir nəfər şəxsin Bakıda Türkiyə bayrağına qarşı hörmətsizlik etdiyi barədə görüntülər yayılıb.