"Uşaqlarınızı kiçik yaşda evləndirməyin" - Doğuş

29 Yanvar 2022 22:51 (UTC+04:00)

Türkiyəli müğənni Doğuş valideynlərə səslənib.

Aznews.az xəbər verir ki, "Səni axtarıram" verilişinə aparıcılıq edən ifaçı erkən yaşda nikahlara qarşı olduğunu bildirib:

"Uşaqlarınıza qıymayın, onları kiçik yaşda evləndirməyin. Kiçik yaşda uşaq sahibi olurlar. Ərləri onların qədrini bilmir və boşayır. Torpağın altına qoyur. Uşaqdır, səhv edə bilər. 16 yaşında birinin hər şey etməsi mümkündür, qanı qaynayır. Evləndirməyin uşaqlarınzı bu yaşda".