Yaşadığı evdə özünü asdı

28 İyun 2013 09:08 (UTC+04:00)
Şəkidə intihar hadisəsi baş verib.

Rayon prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Qayabaşı kəndində qeydə alınıb. Kənd sakini Əjdər Cəfərov yaşadığı evdə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

AzNews.az