Bakıda nazirliyə məxsus kabel kəsilərək oğurlanıb

3 Fevral 2022 12:20 (UTC+04:00)

Bakıda nazirliyə məxsus kabel kəsərək oğurlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ötən il noyabrın 20-də Görədil qəsəbəsi ərazisində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus 120 metr kabeli kəsərək oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Mirsamir Mirbala oğlu saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.