20 nömrəli məktəb-lisey yenidən distant tədrisə keçib

3 Fevral 2022 18:41 (UTC+04:00)

Paytaxtdakı 20 nömrəli məktəb-lisey yenidən distant tədrisə keçib.

Aznews.az xəbər verir ki, Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən COVID-19 infeksiyasına yoluxma və qarşılıqlı təmas halları ilə bağlı fevralın 4-dən 20 nömrəli məktəb-liseydə əyani tədris prosesinin 7 gün müddətinə distant təhsillə əvəz olunmasına qərar verilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi faktı təsdiqləyib.

Qeyd edək ki, 20 nömrəli məktəb-lisey şagird və müəllimlər arasında koronavirus infeksiyası yayıldığına görə ötən il oktyabrın 18-dən iki həftəlik distant tədrisə keçmiş, oktyabrın 30-dan isə karantinin müddəti daha 10 gün uzadılmışdı. Ötən ilin noyabrın 11-dən isə əyani tədrisə geri dönmüşdü.