Hulusi Akar koronavirusa yoluxub

6 Fevral 2022 19:48 (UTC+04:00)

Türkiyənin milli müdafiə naziri Hulusi Akar yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Aznews.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin sosial şəbəkə hesabında məlumat verilib.

COVID-19 testinin pozitiv çıxdığını vurğulayan türkiyəli nazir səhhətinin yaxşı olduğunu qeyd edib.

Qeyd edək ki, ötən gün Türkiyə Prezidenti və xanımı koronavirusun Omicron ştamına yoluxub.