Məryəm Üzərli 3 milyon qazandı

7 Fevral 2022 22:00 (UTC+04:00)

Aktrisa Məryəm Üzərli Rusiyada məşhur menecerlik firması ilə müqavilə imzalayıb.

Türkiyə mətbuatı xəbər verir ki, aktrisa Moskvada kosmetika brendlərindən birinin siması olub. Üzərli bu işdən 3 milyon lirə qazanıb.

Qeyd edək ki, aktrisa orada filmdə də rol almaq üçün razılığa gəlib.