Fransa Prezidenti Emmanuel Makronun Moskvada Rusiya Prezidenti Vladimir Putinlə 5 saat davam edən görüşü baş tutub.
AzNews.az xarici mətbuata istinadla xəbər verir ki, iki liderin görüşdüyü masanın böyüklüyü görüşün nəticəsini kölgədə qoyub.
Tərəflərin məsafəli, uzun masada baş tutan görüşü beynəlxalq ictimaiyyətin gündəminə çevrilib. Ekspertlər Rusiya Prezidentinin bununla Makrona mesaj verdiyini şərh ediblər. “New York Post” qəzeti xəbəri “Siz tərəfdə hava necədir?” , "Daily Mail” isə “Aralarında hələ də kilometrlər var” başlığı ilə oxucularına təqdim edib. Birgə mətbuat konfransından V. Putinin E.Makronu gözləmədən ayrılması da müzakirələrə səbəb olub. Sosial şəbəkələrdə Putinin Makronu qəbul etdiyi uzun masa ilə bağlı yumoristik foto və videolar da paylaşılıb.
Şəbnəm Zahir