Dövlət Məşğulluq Agentliyi ev heyvanları alır

10 Fevral 2022 09:41 (UTC+04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Agentliyi özünüməşğulluq proqramı çərçivəsində inək, qoyun, keçi və arı ailəsi alınması ilə bağlı açıq tender elan edib.

Tenderdə iştirak haqqı 3 800 manatdır.

İddiaçılar ilkin sənədləri martın 17-si, saat 15:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə aprelin 1-i, saat 15:00-a qədər Bakı şəhər, Xətai rayonu, Mehdi Mehdizadə küçəsi, 27-29 ünvanındakı ofisə təqdim edə bilərlər.

Təkliflərə aprelin 4-də, saat 15:00-da nazirliyin Bakı şəhəri, Yasamal rayonu, Salatın Əsgərova küçəsi, 85 ünvanında yerləşən inzibati binasında baxılacaq.