DİN sürücülərə müraciət edib

10 Fevral 2022 16:32 (UTC+04:00)

Daxili İşlər Nazirliyi (DİN) təhlükəsizlik kəməri ilə bağlı sürücülərə müraciət edib.

DİN-dən AzNews.az-a daxil olan müraciətdə deyilir:

"Əziz sürücülər, həyatınız bizim üçün dəyərlidir. Hərəkətə başlamazdan əvvəl təhlükəsizlik kəmərini taxın və bütün sərnişinlərinizin təhlükəsizlik kəməri taxmalarını təmin edin".