- Baxın, bunu Mehdiyev öz adı və imzası ilə etmir. Mətn AMEA-nın mətbuat xidməti adından yayılıb. Bu nə deməkdir? Nə vaxtdan bəri Akademiyanın mətbuat xidməti siyasi məsələlərə qarışır, Milli Məclisi, partiyaları təftiş edir? Belə çıxır ki, doğurdan da Akademiyada ayrıca bir siyasi muxtar güc formalaşdırılıb və ordan dövlətlə hədə, şantaj dilində danışılır. Ramiz Mehdiyev Adminstrasiya rəhbəri olarkən ona qarşı mövqeyimi açıq bildirmişəm. Amma məsələ artıq şəxsə və şəxslərə münasibət həddini aşıb. Baxın, açıqlamada "cib müxalifəti”, "avtobus müxalifəti” ifadələri işlədilir. Bu ifadələrin altında başqa mesajlar durur. Axırıncı parlament seçkilərindən sonra başlayan və Vətən Müharibəsi dönəmində güclənən siyasi birlik, vətəndaş həmrəyliyi, görünür, kimlərisə narahat edir və Mehdiyev bu narahatçılığın icraçısı kimi iqtidar-müxalifət münasibətlərinin pozulmasına töhvə vermək niyyətindədir. Fikrimcə, bu təhlükəli tendensiya dərhal dayandırılmalı, gələcək yanğın qığılcım halında söndürülməlidir./ Baku Post