Qusarda qəza: ata və oğul dünyasını dəyişdi

28 İyun 2013 12:41 (UTC+04:00)
Bu gün saat 13:30 radələrində Qusar rayonunun Qalacıq kəndi ərazisindən keçən hissəsində baş verən qəza nəticəsində 2 nəfər dünyasını dəyişib, 3 nəfər yaralanıb.

Qusar-Xudat yolunda ağır yol nəqliyyat hadisəsi baş verib. Yolun Qusar rayonunun Qalacıq kəndi ərazisindən keçən hissəsində "VAZ 2106" markalı avtomobillə "Ford" markalı yük maşınının toqquşması nəticəsində 2 nəfər dünyasını dəyişib, 3 nəfər yaralanıb.

Hadisə şahidlərinin RTV-yə verdikləri məlumata görə, dünyasını dəyişənlər "VAZ 2106"-da olan ata və oğuldur. (anspress)

AzNews.az