“Virus beynə təsir edir, o həm də bizim normal proseslərimizi pozaraq təsir göstərir. Kimsə narahatlığa, kimsə depressiyaya, kimsə başqa bir şeyə daha çox meyllidir və bunların hamısı normal bir fenotipdədir”.
O, əlavə edib ki, koronavirus infeksiyası zamanı iltihab və neyroiltihab nəticəsində insan orqanizmində bəzi proseslər kəskinləşə bilər. Sağaldıqdan sonra normal formaya qayıdırlar və bununla əlaqədar xəstənin vəziyyəti yaxşılaşır.