Prokuror Bakıda tanışını bıçaqlayan şəxsə cəza istəyib

22 Fevral 2022 10:54 (UTC+04:00)

Dövlət ittihamçısı bunu Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə elan edib.

Daha sonra zərərçəkmişin vəkili müdafiə çıxışı edib. O, müvəkkilinin cəzasının yüngülləşdirilməsini istəyib.

Qeyd edək ki, hadisə 2021-ci ilin iyulunda Sabunçu rayonunun Maştağa qəsəbəsində qeydə alınıb.

Belə ki, R.Nuriyev aralarında yaranan mübahisə zamanı tanışı Amin Mirzəyevi bıçaqlayıb.

Daha sonra R.Nuriyev polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində Cinayət Məclləsinin 126.1-ci ( Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi açılıb.