Gənc oğlan dənizdə boğularaq öldü- Bakıda

28 İyun 2013 16:00 (UTC+04:00)
"Son sutka ərzində suda boğulma hadisəsi ilə bağlı təcili yardıma bir müraciət olub".

Bunu Lent.az-a açıqlamasında Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi yardım Stansiyasının baş həkiminin müavini Oqtay Şahmalıyev bildirib. O. Şahmalıyev bildirib ki, hadisə Şüvəlan ərazisində baş verib: "Həmin şəxs 17-20 yaş arasında olan oğlandır. Hətta təcili yardım hadisə yerinə gedəndə həmin gəncin meyitini sudan çıxarmayıblarmış".

Baş həkimin müavini onu da vurğulayıb ki, sutka ərzində günvurma və ilan sancma ilə bağlı təcili yardıma müraciət olunmayıb.

AzNews.az