II qrup əlil qumbara ilə özünü partlatmaq istədi - VİDEO

29 İyun 2013 07:09 (UTC+04:00)
Bakının Nizami rayonu ərazisində əlində qumbara olan şəxs insanlarda böyük qorxu və həyəcan yaradıb.

O əlindəki qumbara ilə özünü partladacağını bildirib. Hadisə gecə saatlarında Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Naxçıvanski küçəsi, 104 ünvanında baş verib. Hadisə zamanı həmin binada yaşayan 1961-ci il təvəllüdlü Babayev Saleh Qüdrət oğlu binanın damına çıxaraq əlində olan 2 ədəd istifadəyə yararlı qumbara ilə özünü partladacağını deyib. Bu da ətrafda yaşayan sakinlərdə, o cümlədən onun ailə üzvləri arasında çaşqınlıq və ajiotaja səbəb olub.

Bu səbəbdən də hadisə yerinə hüquq-mühafizə orqanları, o cümlədən Nizami rayon Polis İdarəsi 24-cü polis bölməsinin əməkdaşları cəlb edilib. Həmçinin FHN-nin xilasediciləri də hadisə yerinə yollanıb. Görülən tədbirlər nəticəsində Babayev Saleh qumbaranı partlatmağa macal tapmadan zərərsizləşdirilib və saxlanılaraq 24-cü polis bölməsinə aparılıb.

Qeyd edək ki, Babayev Saleh qürbət oğlu II qrup əlildir və o, epilepsiya xəstəliyindəın əziyyət çəkir. Hadisənin isə onun ailəsində yaranan mübahisə səbəbindən baş verdiyi bildirilir.//anspress//



AzNews.az