İdman, fiziki aktivlik, masaj, gimnastika da stresi azaldır, qan dövranını artırır, əzələləri tonusda saxlayır.
Eləcə də gec qocalmaq üçün gündə 7-8 stəkan təmiz su içilməlidir. Bu ən vacibidir.
Orqanizmdə su çatışmayanda dəri quruyur.
Gündəlik qidalanmada hər gün antioksidantlarla zəngin qırmızı və yaşıl meyvə-tərəvəz yeyilməlidir.
Ət isə yağsız quzu əti, toyuq və ya hindquşu əti faydalıdır.
Mağazada satılan yarımfabrikat qidalardan və ət məhsullarından birdəfəlik imtina edin.