“10 illik cəhənnəmdən sonra normal həyata qayıtdım“

29 İyun 2013 14:07 (UTC+04:00)
Üzündə dəfələrlə transplantasiya, plastik və estetik cərrahiyyə əməliyyatları aparılmış Norris: "10 illik cəhənnəmdən sonra normal həyata qayıtdım", - deyib.

1997-ci ildə Norris təsadüfən üzünə atəş açıb. Həkimlərin səyləri nəticəsində ölümün əlindən alınan Norris sonralar cəmiyyətdən tam təcrid olub.

Eybəcər simasından iyrənən Norris dükana belə gecələr, üzündə maska çıxırdı.

2012-ci ilin martında Merilend Universitetinin cərrahları 36 saat davam edən əməliyyatda Norrisə "yeni üz tikərək" ona yeni çənə, dodaqlar, dişlər və burun transplantasiya ediblər.

"Hazırda informasiya sistemləri üzrə bakalavr adı almaq, habelə transplantasiyalara məruz qalmış insanlara yardım edəcək fond yaratmaq istəyirəm. "Riçardın iki üzü" adlı kitab da yazıram", - deyə Norris bildirib.

AzNews.az