Stadionda bomba tapıldı

29 İyun 2013 11:34 (UTC+04:00)
Stokholmun hələ açılışı edilməmiş stadionun yaxınlığında bomba tapıldı.

Stokholm şəhərinin iki təmsilçisi "Homarbi" və "Yurqodın" arasında keçiriləcək matçla açılmalı olan Tele2 Arenada tapılan partlayıcı maddənin aktiv olduğu bildirilir.

Xəbər azarkeşlər arasında da çoxlu söz-söhbətlərə səbəb olub. Belə ki, "Homarbi" fanatları bombanın "Yurqodın" azarkeşləri tərəfindən quraşdırıldığını iddia edir. Onlar bildiriblər ki, bu, açılış matçına mane olmaq üçün edilib.

Onu da qeyd edək ki, stadionda bomba tapılmasıyla əlaqədar olaraq matç təxirə salınıb.

Elvin CanTuran
AzNews.az