Heyvan oğurluğuna görə qarşıdurma yarandı: 32 ölü

29 İyun 2013 11:56 (UTC+04:00)
Nigeriyada müsəlman və xristian qəbilələri arasında qarşıdurma yaranıb.

Müsəlman Fulanı və xristian Tarok qəbilələrinin arasında dini zəmində yaranan toqquşma zamanı 32 nəfər ölüb, onlarla insan yaralanıb.

Qəbilələr qarşıdurmanın böyük sayda iri baş heyvan oğurluğu səbəbi ilə yarandığını bildiriblər. Hər iki qəbilə bir-birini ev heyvanlarını oğurlamaqda günahlandırıb. Səlahiyyətlilər isə əsl səbəbin bu olmadığını bildirirlər.

Qeyd edək ki, ölkədə müsəlman və xristian icmaları arasında tez-tez qarşıdurmalar baş verir. Yanvar hadisələri zamanı yüzlərlə insan qətlə yetirilmişdi.//anspress//

AzNews.az