Azərbaycan əleyhinə keçirilən mitinq fiaskoya uğradı - FOTO

29 İyun 2013 12:14 (UTC+04:00)
Bu gün yerli vaxtla 11.30-dan etibarən bir qrup "sadval"çı Dərbənddə və Mahaçqalada Azərbaycan əleyhinə mitinq keçirmək istəyiblər.

AzNews.az musavat.com-a istinadən xəbər verir ki, əvvəlcədən mitinqdə etirazçıların sayının çox olacağını bildirən sadvalçılar məyus olublar.

Dərbənddəki Nizami Parkına və paytaxt Mahaçqaladakı meydana barmaqla sayılacaq qədər insan toplaşıb.

Etirazçılar parkda və meydanda "Dərbənd Rusiyanın şəhəridir", "Abdulatipov bizə kömək edin" kimi şüarlar səsləndirdikdən sonra, həmin ərazidən dağılışıblar.

AzNews.az