Mikayıl Cabbarov Norveç və Ukrayna səfirləri ilə görüşüb

29 İyun 2013 18:10 (UTC+04:00)
İyunun 28-də Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov Norveç Krallığının və Ukraynanın ölkəmizdəki səfirləri ilə ikitərəfli görüşlər keçirib.

Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, görüşlərdə Norveç tərəfindən səfir Erlinq Şönsberq, Ukrayna tərəfindən səfir Aleksandr Mişşenko iştirak ediblər.

Görüşlər zamanı tərəflər ölkələrimiz arasında təhsil sahəsində ikitərəfli əlaqələrin cari vəziyyəti və əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparıb, əməkdaşlığın hüquqi bazasının möhkəmləndirilməsi və s. məsələləri müzakirə ediblər.

AzNews.az