Dünya bazarlarında qaz ucuzlaşıb

24 Mart 2022 10:15 (UTC+04:00)

Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti azalıb.

Aznews.az xəbər verir ki, apreldə çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 2,14% azalaraq 5,12 ABŞ dolları təşkil edib.