Goranboyda 37 yaşlı qadın qətlə yetirilib

24 Mart 2022 15:41 (UTC+04:00)

Goranboy rayonunda qadın əvvəlcə avtomobillə vurularaq, sonra isə bıçaqlanaraq qətlə yetirilib.

Hadisə rayonun Dəliməmmədli şəhərində qeydə alınıb.

Belə ki, 1985-ci il təvəllüdlü Əfsanə Məmmədova öncə avtomobillə vurulub, daha sonra bıçaqlanıb. Qadın ağır halda xəstəxanaya aparılıb, lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisəni onun həyat yoldaşı, 1977-ci il təvəllüdlü Mehman Süleymanovun törətdiyi güman olunur.

Faktla bağlı araşdırmalara başlanılıb.