İraqda partlayış : 7 ölü
29 İyun 2013 20:15 (UTC+04:00)
İraqın paytaxtı Bağdadda partlayış nəticəsində 4 nəfər ölüb.
Partlayış Bağdadın qərbindəki Əbu Qreyb rayonunda yerləşən bazarda baş verib. Partlayış nəticəsində 4 nəfər ölüb, 12 nəfər isə yaralanıb.
Bundan başqa, Bağdaddan 65 km aralıda yerləşən Faluca şəhərinin yaxınlığında üç polis əməkdaşı naməlum şəxslər tərəfindən qətlə yetirilib.
AzNews.az