“Mançester Yunayted“də hazırlıq keçəcək azərbaycanlılar - Siyahı
30 İyun 2013 15:17 (UTC+04:00)
Xəbər verdiyimiz kimi, AFFA və Bakcell şirkətinin birgə layihəsi çərçivəsində "Mançester Yunayted" Yay Futbol Məktəbinin "Bakcell Arena"da təlim-məşq toplanışı keçirilib.
Toplanışda iştirak üçün Mingəçevir, Gəncə, Lənkəran, Sumqayıt və Bakı şəhərlərində seçim turları təşkil olunmuş və 32 ən istedadlı uşaq seçilərək toplanışa cəlb olunmuşdu. "Mançester Yunayted" futbol məktəbinin məşqçiləri tərəfindən keçirilən toplanış artıq başa çatıb. Prosesdə iştirak edən uşaqların arasından aşağıda göstərilmiş 6 nəfər seçilib və onlar İngiltərənin Mançester şəhərinə yollanaraq "Mançester Yunayted" futbol məktəbində hazırlıq keçəcəklər:
Əliyev Xəyal Vidadi oğlu
18.02.2004
Məhərrəmli Samir Azər oğlu
17.07.2002
Abdurrahmanov Zeynəddin Dəyanət oğlu
23.09.2002
Rizvanov Tamerlan Elşən oğlu
19.09.2001
Vəlizadə Turan Nəsimi oğlu
01.01.2001
Mirzəliyeva Nigar Müsabir qızı
28.04.2002
Elvin CanTuran
AzNews.az