13 min dollarlıq televizor - Cənubi Koreyada

30 İyun 2013 16:30 (UTC+04:00)
Koreyanın Samsung Electronics şirkəti bükük ekran formasına malik ilk OLED-televizor təqdim edib.

Televizorun qiyməti Cənubi Koreyada təxminən 13 min dollar təşkil edəcək.

AzNews.az ICTnews-a istinadən bildirir ki, Samsung-un əzəli rəqibi LG şirkəti apreldə Cənubi Koreyada bükük ekranlı 55 düymlü OLED-televizorlar üçün əvvəlcədən sifarişlərin qəbuluna başlayıb.

LG şirkətinin istehsalı olan televizorların qiyməti də 13 min dollara yaxın qiymətləndirilir, lakin bu televizorlar hələlik ölkədən kənarda satılmır.

Samsung-un istehsalı olan bükük ekranlı 55 düyümlü OLED-televizorların dəyəri LCD displeyli analoji ölçüyə malik televizorların qiymətindən təxminən 5 dəfə çoxdur.

Samsung nümayəndələri ümid edirlər ki, smartfonlarda OLED ekranların uğurlu tətbiqi ilə əldə edilən təcrübə televizor istehsalı üzrə biznesdə də gəlir gətirəcək.

Yeni televizorların Cənubi Koreyadan kənarda satışlarına iyul ayından başlanılacaq.

AzNews.az