Yeni sosial şəbəkə yaradıla bilər

27 Mart 2022 17:52 (UTC+04:00)

"SpaceX" və "Tesla" şirkətlərinin qurucusu İlon Mask yeni sosial şəbəkə yaratmaq barədə ciddi düşündüyünü deyib.

Aznews.az xəbər verir ki, bu barədə milyarder öz "Twitter" hesabında bildirib.

Qeyd olunub ki, bir istifadəçi Maskdan "söz azadlığına və ona hörmətə üstünlük veriləcək, təbliğatın minimal olduğu açıq mənbə alqoritmi" olan yeni sosial şəbəkə yaratmağı düşünürsünüzmü" - deyə soruşub. "Bu barədə ciddi düşünürəm", - deyə Mask, cavab verib.