Paşinyan Rusiyaya qarşı yeni "çevrə" axtarır

27 Mart 2022 17:48 (UTC+04:00)

2018-ci ildə qərbin, daha dəqiq desək Sorosun dəstəyi ilə Ermənistanda 20 ildən artıq iqtidarda olmuş Qarabağ kanını devirərək hakimiyyətə gələn Nikol Paşinyan hakimiyyətinin il dövrlərindən etibarən Rusiya ilə münasibətlərin mümkün qədər məsafəli saxlanılmasına, əvəzində isə qərblə əməkdaşlığın daha da inkişaf etdiriləməsində maraqlı görünürdü. Amma həmin dövrlər Paşinyan qərbə meylli açıq siyasət yürütməsindən çəkinir və bunu mümkün qədər çox da büruzə vermək istəmirdi. Əlbəttə ki, burada iki önəmli məsələni xüsusilə vurğulamaq lazımdır:

1. Ermənistanda Qarabağ klanının uzun müddətli iqtidarından sonra hakimiyyətə gələn Paşinyanın hakimiyyətinin kövrək olması və Qarabağ klanına məxsus şəxlərin hələdə hakimiyyətdə, xüsusilə də ordu daxilində söz sahibi olması.

2. Həmin dövrdə Rusiyanın hələ də öz gücünü qoruyub saxlaması və Ermənistana, daha dəqiq desək Paşinyan komandası daxilindəki şəxslərə təsir etmək imkanına malik olması.

Yuxarıda qeyd edilən bu iki amillərlə əlaqədar olaraq Paşinyan çalışırdı ki, mümkün qədər Rusiyanı qıcıqlandırmadan qərblə əməkdaşlığını davam etdirsin. Hakimiyyətə gəlişinə qədərə heç bir idarəçilik təcrübəsinə malik olmayan və iqtidara gəlməmişdən öncə Rusiyaya qarşı aqressiv münasibət sərgiləyən Nikol Paşinyan üçün əsas hədəf Ermənistanada Rusiya təsirini azaltmaq və bununla paralel olaraq qərbin təsirini artırmaq idi. Bu mənada 27 sentyabr 2020-ci ildə başlayan və 44 gün davam edən II Qarabağ savaşı Paşinyan və komandası üçün ciddi dəstək oldu.

Azərbaycanın şübhəsiz qələbəsi bir tərəfdən Paşinyanın hakimiyyətini zəiflətsə də, digər tərəfdən Ermənistan daxilində və erməni cəmiyyətində Rusiyaya qarşı əks təbliğatın güclənməsinə səbəb oldu. II Qarabağ savaşında məğlubiyyət Paşinyana imkan verdi ki, Rusiyanın bu müharibədə Ermənistana dəstək vermədiyini və bunun nəticəsində məğlub olduqlarını nümayiş etdirsin. Beləliklə də erməni cəmiyyətində Rusiyanı ciddi şəkildə ittihamlar formalaşdırmağa başladı. II Qarabağ savaşından sonra 2021-ci ilin iyun ayında növbədənkənar seçkiyə gedən Nikol Paşinyan üçün əsas dayaq yenədə qərb dövlətləri idi. Məhz bu məqsədlə seçkiqabağı dəstək almaq üçün Fransa və Belçikaya səfər etdi və orada qərb dairələrinin nümayəndələri ilə bir sıra görüşlər keçirdi.Bu isə Paşinyanın ilk fürsətə şərait yaranan kimi hansı istiqamətə meyl edəcəyini açıq şəkildə göstərmiş oldu.

2021-ci ilin sonları və 2022-ci ilin əvvəllərindən başlayaraq regionda və dünyada baş verən proseslər Ermənistanın yaranmış fürsətdən istifadə edərək Rusiya təsir dairəsindən uzaqlaşmağa cəhd etdiyini göstərir. Qərblə yaxınlaşma istiqamətində atılan addımlar sırasında ötən ilin sonunda keçrilən NATO Şərq Tərəfdaşlığı sammiti mühüm əhəmiyyət kəsb edir. 14-15 dekabr 2021-ci ildə Belçikanın paytaxtı Brüsseldə keçrilmiş Şərq Tərəfdaşlığı sammitində Azərbaycan, Ermənistan və Gürcüstan rəhbərləri NATO-ya dəvət olunmuşdular. Ölkə başçısı cənab İlham Əliyev dəvəti qəbul etdi və tədbirə qatıldı. Həmin tədbir çərçivəsində NATO Baş katibi Stoltenberq ilə görüş keçirdi. Eyni zamanda prezident İlham Əliyev NATO-nun ali orqanı olan Şimali Atlantika Şurasının 2 saatdan artıq davam edən iclasında çıxış etdi. NATO-nun 30 üzv dövlətinin 20-dən artıq daimi nümayəndəsi, yəni NATO yanında səfirləri çıxış edərək Azərbaycanın rolunu və yürütdüyü siyasətini, Əfqanıstan əməliyyatında iştirakını yüksək qiymətləndirdilər. Həmçinin, iclasdan sonra Azərbaycan prezidenti İlham Əliyev və NATO Baş katibi Stoltenberqin iştirakı ilə mətbuat konfransı keçrildi və burada da II Qarabağ savaşından sonrakı vəziyyətə toxunuldu. Eyni zamanda Ermənistanın nümayiş etdirdiyi qeyri-konstruktiv mövqeyə toxundu.

Uzun müddətdir Ukrayna ətrafında artmaqda olan gərginliyin nəticəsi olaraq 24 fevral 2022-ci ildə Rusiyanın Ukraynaya qarşı işğalçılıq müharibəsini başlatması ilə yadda qaldı. Müharibənin ilk dövrlərində qısa müddətdə Ukraynanı tam şəkildə işğal edəcəyini düşünən Kreml adminstrasiyası bir aydan artıqdır ki, Ukraynada ciddi uğur əldə edə bilmir və üstəlik də qərb dövlətləri tərəfindən ciddi sanksiyalara və təzyiqlərə məruz qalır. Bu isə həm Rusiyanın daxili, həm də xarici siyasəti üçün ciddi zərbə deməkdir. Ukrayna məsələsi ilə əlaqədar olaraq beynəlxalq nüfuzu zədələnmiş və ciddi sanksiyalarla üzləşən Rusiya ilə münasibətlərin davam etdirilməsinin mənasız olduğunu düşünən Ermənistan rəhbərliyi sürətlə ondan uzaqlaşmağa çalışır. Bu isə ənənəvi erməni xislətinin və siyasətinin nəticəsi kimi dəyərləndirilə bilər. Düzdür, Paşinyan hələ Rusiyaya qarşı ikili oynamağa davam edir. Bu həm Ermənistan daxilində Rusiyaya dəstək nümayişlərinin keçrilməsi, həm də qərb dövlətləri ilə pərdəarxası əlaqələrin sıxlaşdırılması ilə izah edilə bilər.

Əlbəttə, Rusiyanın zəifləmiş halından istifadə edən Paşinyanın bundan sonrakı hədəf istiqaməti qərblə münasibətlərin yaxşılaşdırılması və Rusiyadan sonra özünə yeni ağa tapmaqdan ibarətdir. Hesab etmək olar ki, Rusiyanın Ukraynada üzləşdiyi çətinlikləri və hərbi qələbə əldə edə bilməməsi indi Paşinyan və onun komandasını NATO-ya və qərb ölkələrinə yönəldir. Bu vasitə ilə Gürcüstana yaxınlaşmağa və ya Gürcüstanla yaxınlaşma fonu yaratmağa çalışır.

Züriyə QARAYEVA,

AzNews.az analitik-informasiya portalının şərhçisi